“Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu”

“Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu”

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində mülki əhaliyə hücumlarını sərt tənqid edib.

Müstəqil.Az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Rusiyanın İrpen və Buçada dinc sakinlərə namərdcəsinə hücumlarını Rusiya ordusunun və onun rəhbərliyinin Ukraynada müharibə cinayətləri törətdiyinin daha bir sübutu olduğunu qeyd edib.

“Kremlin heç bir təkzibi və ya dezinformasiyası hamımızın bildiyi həqiqəti gizlədə bilməz: Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu və Ukraynanın qətiyyəti heç vaxt bu qədər güclü olmamışdı”, – Boris Conson vurğulayıb.

Müstəqil.Az

Share: