Rusiya prezidenti Vladimir Putin Çinin Çinxua Universitetinin fəxri doktoru adına layiq görülüb.
Müstəqil.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Putin “Bir kəmər, bir yol” Forumuna qatılmaq üçün Çinə səfər edib. Universitetin rektorundan diplom alan Putin “Çinin ən məşhur universitetlərindən biri olan və dünyanın ən yaxşı 10 təhsil ocağından biri hesab edilən universitetin fəxri doktoru olmaq böyük şərəfdir” sözlərini deyib.
Qeyd edək ki, Çinxua Universitetinin təməli 1911-ci ildə qoyulub. Çinin ən prestijli universitetlərindən biri olan Çinxuanın ən yaxşı tələbələri sırasında elə prezident Si Cinpin də var.