Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin ona “Mi-24” helikopterinin qəzaya uğraması ilə bağlı hadisənin ətraflı araşdırılacağını vəd etdiyini bildirib.
Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Rusiya Prezidenti ölkənin Müdafiə Nazirliyinin rəhbər heyəti, federal idarələrin və müdafiə sənayesi kompleksləri müəssisələrinin rəhbərləri ilə görüşdə bu barədə danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı açılmış cinayət işi çərçivəsində ətraflı araşdırma aparılacağını və təqsirkarların cəzalandırılacağını vəd edib.
V.Putin Müdafiə naziri Sergey Şoyquya “Mi-24” helikopterinin Ermənistan ərazisində qəzaya uğraması nəticəsində həlak olan pilotlar, mayor Yuri İşşyuk və baş leytenant Roman Fedinin ailələrinə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.