Putin məhkumların xidmətə çağırılmasının mümkünlüyü haqqında qanun imzaladı

Putin məhkumların xidmətə çağırılmasının mümkünlüyü haqqında qanun imzaladı

Rusiya Prezidenti Vladimir Putin müqavilə əsasında hərbi xidmətə çağırışın mümkünlüyü haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı sənədin mətni hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub:

“Bu Federal Qanun Rusiya Federasiyasının Silahlı Qüvvələrində hərbi xidmət üçün müqavilə bağlayan səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün hüquqi təminatları və əsasları müəyyən edir. Qanun yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlərə görə məhkumluq istisna olmaqla, kiçik və ya orta ağır cinayətlər törətmiş, cinayət keçmişi olan şəxslərə şamil edilir”.

Müqavilə səfərbərlik, hərbi vəziyyət və ya müharibə dövrünün sonuna qədər qüvvədə olacaq. Bu kateqoriyadan olan vətəndaşlarla müqavilələrin bağlanmasının xüsusiyyətləri Rusiya Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcək.


Share: