Rusiya Prezidenti Vladimir Putin Dağıstanın Dərbənd şəhərinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi üçün 5 milyard rubl ayrılması barədə göstəriş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Belə ki, iyunun 29-da Putinin Dərbəndə səfəri zamanı Raisat Akipova adlı qız prezidentlə ünsiyyət qura bilmədiyi üçün göz yaşlarını saxlaya bilməyib. Onun həmin vəziyyətdə çəkilmiş fotoları internetdə yayıldıqdan sonra Putin qızı valideynləri ilə birlikdə Kremlə dəvət edib.
İyulun 4-də səkkiz yaşlı Raisat Putinin ofisində olub. Qızın Dərbəndin hazırkı vəziyyətinə görə ağladığı məlum olub. Putin Raisata söz verib ki, Dərbəndin inkişafına vəsait ayıracaq.