Putin Paşinyana zəng etdi – Bakı səfəri müzakirə olunub

Putin Paşinyana zəng etdi – Bakı səfəri müzakirə olunub

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

MÜSTƏQİL.AZ xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə məlumat verib. Buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib.

Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin məsələlərini müzakirə etmək üçün qarşıdakı fürsətdə görüşmək barədə razılığa gəliblər.

MÜSTƏQİL.AZ

Share: