“Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml Priqojinin dəfni ilə bağlı konkret məlumata sahib deyil: “Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.