Rusiyada cinayətkar qruplaşmaların təşkilatçıları və kriminal avtoritetlərlə (“qanuni oğrular”) bağlı yeni qanun imzalanıb.
Müstəqil.AZ xəbər verir ki, sözügedən sənəd Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Yeni qanuna görə, cinayətkar qruplaşma yaratmağa və idarə etməyə görə 12 ildən 20 ilədək həbs, 5 milyon rubl pul cəzası nəzərdə tutulub.
Habelə yüksək vəzifə sahibi tərəfindən işlənən bu cinayətə görə, 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə, 5 milyon rubl pul cəzası müəyyən edilib.
Əvvəlcədən mütəşəkkil cinayətkar qrupda olan, lakin onu tərk edən və ya cinayət işini həll etmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən şəxs cinayət məsuliyyətindən azaddır.