Putin Qurani-Kərimin yandırılmasından danışıb

Putin Qurani-Kərimin yandırılmasından danışıb

“İsveçdə Quran yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin  Dərbənddəki məscidə səfəri zamanı deyib.

Rusiya Prezidenti Stokholmda Quranın yandırılmasından danışarkən Böyük Pyotrun komandanlığı altında olan rus ordusunun isveçlilər üzərində qələbəsini xatırladıb.

Putin qeyd edib ki, bəzi ölkələrdə Rusiyadan fərqli olaraq dindarların hisslərinə hörmət edilmir.

O bildirib ki, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Qurani-Kərim yandırılıb.


Share: