Putin sabah Krıma gedir

Rusiya prezidenti Vladimir Putin sabah Krıma gedəcək və Yalta şəhərində Dövlət Şurası Rəyasət Heyətinin geniş iclasını keçirəcək.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, bu haqda informasiya Kremlin saytında yerləşdirilib.

Məlumatda deyilir ki, iclasın gedişatı zamanı dövlət başçısının may ayında verdiyi fərmanda yer alan müəyyən vəzifələrin icrası məsələlərinə baxılacaq: “İclasda, həmçinin Putinin region rəhbərləri ilə qeyri-rəsmi dialoqu olacaq. Nəticədə isə milli məqsədlərə və strateji məsələlərin həllinə nail olmaq üçün səmərəli iş qurmağın yolları aranacaq”.

Müstəqil.Az

Share: