Rusiya qoşunlarına “9 may tarixinə qədər müəyyən uğurlar əldə etmək tapşırıldı…
“Bundan sonra Ukraynadakı Rusiya ordusuna Suriyadakı müharibədə böyük təcrübəyə malik ordu generalı – “suriyalı” ləqəbli Aleksandr Dvornikov başçılıq edəcək”.
Müstəqil.Az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
“Müxtəlif bölmələr arasında çox zəif koordinasiya var idi. Rusiya qoşunları çox bacarıqsız hərəkət edirdlər”, – mənbə komandanlığın dəyişməsinə səbəb kimi bunu göstərib.
2016-cı ildən Cənub Hərbi Dairəsinin komandiri olan A.Dvornikov ordu dairələrində daha çox söyüşcüllüyü ilə tanınır.
Xatırladaq ki, Rusiyanın hazırda Ermənistanda olan qoşunları, eləcə də Qarabağdakı “sülhməramlı” kontingenti Cənub Hərbi Dairəsinə daxildir.
Qeyd edək ki, rus qoşunlarına “9 may tarixinə qədər müəyyən uğurlar əldə etmək” tapşırılıb.
Müstəqil.Az