“Putin sözbütöv və kişi adamdır”

“Putin sözbütöv və kişi adamdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini dürüst və sözünə əməl edən bir insan kimi xarakterizə edib.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə lideri bu barədə cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, qeyd edib ki, hazırda Türkiyə ilə Rusiyanın ikitərəfli əlaqələri başqa ölkələrə nümunə olacaq səviyyədədir: “İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”.

R.T.Ərdoğan deyib ki, V.Putin sözbütöv və kişi adamdır.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət başçısı ənənəvi illik mətbuat konfransında türkiyəli həmkarının sözünə əməl edən bir adam olduğunu vurğulamışdı: “Rəcəb Tayyib Ərdoğan sözübütöv, kişi adamdır”.

Müstəqil.Az

Share: