Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəyə son qoymaq üçün sülh danışıqlarının aparılmasında maraqlı deyil.
Müstəqil.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski “sülh formulu” təklif etdikdən sonra Rusiya dövlət başçısı Vladimir Putin öz aqressiyasını “iki və üç dəfə artırıb”.
Müstəqil.Az