Putin və Lukaşenko Azərbaycandan keçəcək dəhlizdən danışdılar

Putin və Lukaşenko Azərbaycandan keçəcək dəhlizdən danışdılar

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefonla danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı Rusiya, Azərbaycan və İrandan keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin detalları müzakirə edilib.

Həmçinin, danışıq zamanı iki ölkə arasında olan idxal-ixrac məsələlərindən bəhs olunub .

Dövlət başçıları beynəlxalq siyasətin əsas gündəmində dayanan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Share: