Putin və Makron nəyi müzakirə edirdilər?

Putin və Makron nəyi müzakirə edirdilər?

Bazar günü telefon danışıqları zamanı Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron “yaxın saatlarda” Ukrayna üzrə Üçtərəfli Təmas Qrupunun görüşünü təşkil etmək barədə razılığa gəliblər. Bu barədə Yelisey Sarayının bəyanatında deyilir.

Qeyd olunur ki, görüş bütün maraqlı tərəflərin təmas xəttində “atəşkəs rejiminə sadiqliyini bir daha təsdiqləməsi” üçün zəruridir. Reutersin mənbələri xəbər verir ki, qrupun toplantısı bazar ertəsi gününə planlaşdırılıb.

Bundan əlavə, Rusiya və Fransa prezidentləri “son günlərdə Ukraynanın verdiyi təkliflər əsasında” Normand formatında işi bərpa etmək barədə razılığa gəliblər.

Müstəqil.Az

Share: