Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Prezident Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.
Müstəqil.Az xəbər verir ki, bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.
Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb:
“Əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.
İkinci, ortodoks, yəni Konstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq.
Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.
Putin isə cavab olaraq deyib:
“Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”. /Modern.az/