Putindən kasset bombası açıqlaması

Putindən kasset bombası açıqlaması

Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, ölkəsinin kasset bombası ehtiyatından istifadə edəcəyini dünyaya bəyan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri ölkəsinin kifayət qədər kasset bombası ehtiyatına malik olduğunu vurğulayıb.

Putin Ukraynadakı Rusiya qüvvələrinə qarşı kasset bombası istifadə olunarsa, belə sursatlardan istifadə etmək hüququnu özündə saxladığını bildirib:

“Əlbəttə, onlardan bizə qarşı istifadə olunarsa, qarşılıqlı addım atmaq hüququnu özümüzdə saxlayırıq”.


Share: