Putinin keçmiş köməkçisinin üzü iflic olub

Putinin keçmiş köməkçisinin üzü iflic olub

Həkimlər bir neçə gün əvvəl ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmiş “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubaysa diaqnoz qoyublar.

Bu barədə tanınmış rusiyalı televiziya aparıcısı Kseniya Sobçak A.Çubaysın həyat yoldaşına istinadən məlumat verib.

Məlum olub ki, Rusiya Prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi olmuş A.Çubays “Guillain-Barre” sindromundan əziyyət çəkir.

“Çubays qismən üz iflici keçirib, hazırda vəziyyəti stabilləşib, lakin o, hələ də reanimasiyadadır”, – Çubaysın həyat yoldaşı Avdotya Smirnova bildirib.

“Guillain-Barre” sindromu əzələ zəifliyinə, ağrıya və ya uyuşmalara səbəb olan, daha ağır hallarda iflicə səbəb olan bir immunitet sistemi xəstəliyidir.

Xatırladaq ki, A.Çubays Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ölkəni tərk edib.

Share: