Putinin Moldovaya girişi qadağan edildi

Putinin Moldovaya girişi qadağan edildi

Moldova hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişinə qadağa qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dorin Recean məlumat verib.

Recean bildirib ki, Putin Moldovaya buraxılmayacaq Rusiya rəsmiləri siyahısındadır.

Baş nazir qeyd edib ki, bu, açıq siyahı deyil və müvafiq orqanlarda saxlanılır:

“Bu, kifayət qədər uzun siyahıdır, oraya Vladimir Putin də daxildir”.

Bildirilib ki, siyahı lazımi vaxtda ictimaiyyətə açıqlanacaq.


Share: