Rusiya millisinin sabiq futbolçusu Diniyar Bilyaletdinov hərbi səfərbərlik idarəsindən çağırış vərəqəsi alıb.
Bu barədə futbolçunun atası Rinat Bilyaletdinov məlumat verib.
“Diniyar, həqiqətən də, çağırış vərəqəsi alıb. Emosiyalarımızdan danışmaq çətindir. Çünki o, xidmət etməyib. Onun hərbi xidməti idman təmayüllü olub. Bu isə 19 il əvvəl olub”, – deyə ata Bilyaletdinov vurğulayıb.
Qeyd edək ki, Diniyar Bilyaletdinov 1985-ci ildə Moskva şəhərində doğulub. Karyerasını “Lokomotiv” klubunda başlayan yarımmüdafiəçi “Spartak”, Rubin”, “Anji”, “Torpedo” klublarının formasını geyinib.
Diniyar Bilyaletdinov İngiltərədə oynamaq şansı da qazanıb. O, 2009-2012-ci illər aralığında “Everton”da çıxış edib.
Futbolçu karyerasını 2018-ci ildə bitirən Diniyar Bilyaletdinov məşqçilik fəaliyyətinə başlayıb.
O, 2012-ci ildə Rusiya Federasiyasının prezidentliyinə namizəd və hazırkı Prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi olub.
Mənbə: Sports.ru