“Putinin SSRİ-ni bərpa planı iflasa uğradı” – Şok iddia

“Putinin SSRİ-ni bərpa planı iflasa uğradı” – Şok iddia

“Rusiya lideri Vladimir Putinin SSRİ-ni bərpa etmək planı iflasa uğradı”.

Müstəqil.Az Teleqraf.com-a istinad edərək xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Mixail Pritula deyib.

“İlan adası ruslara nə üçün lazım idi? Bura Bilqorod-Dnestrovski, Tatarbunarski və digər bölgələrə, həmçinin körfəz ətrafındakı ərazilərə hücum üçün körpü rolunu oynaya bilər. Ada yaxınlığında Rusiyanın forpostu olan “Dnestryanı Respublikası” yerləşir, orada çox sayda silah yerləşdirilib. Sovet qoşunlarının Çexoslovakiya, Almaniya, Macarıstan və Polşada çoxlu sayda silahı var idi. Bütün bu silahlar Dnestryanıya gətirildi, indi də orada saxlanılır”, – ekspert bildirib.

Onun sözlərinə görə, Dnestryanıda ordunun sayı 5 min və səfərbərlik potensialı 30 mindir:

“Amma orada çoxlu silahlar var. Ukrayna “Moskva” kreyserini vurmasaydı, İlan adasında işğalçıları məhv etməsəydi, o zaman bu ərazilərə və Moldovaya hücum olardı. Putin öz planını həyata keçirməyi – Sovet İttifaqını bərpa etməyi xəyal edir. Amma o, uğur qazana bilmədi. İndi əlində nə İlan, nə də “Moskva” kreyseri var. Əslində, biz Moldovanı xilas etdik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Share: