Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri hazırlanır. Səfərin tarixi yaxın günlərdə məlum olacaq.
“Cənab Putinin səfəri baş tutacaq. Tarix yaxın günlərdə bəlli olacaq”, – Kalın “A Haber” telekanalına müsahibəsində deyib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Putinin Türkiyəyə səfərinin Pekin Olimpiadasının açılış mərasiminə səfərindən sonra mümkün olduğunu bildirmişdi. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi dövlət başçısı Tayyib Ərdoğanın Türkiyəyə səfər etmək dəvətindən yararlanacaq.
Müstəqil.Az