Qəbələdə meyiti tapılan şəxslə bağlı yeni detallar məlum olub.
xəbər verir ki, bu gün səhər saatlarında rayonun Aydınqışlaq kəndində taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib. Meyitin müayinəsi zamanı müəyyən edilib ki, boyunun damarı kəsilib. Onun intihar etdiyi ehtimal edilir.
Həmçinin Tural Abdurahmanovun son 3-4 il ərzində alkoqol asılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.
Tural Abdurahmanovun kənddə qəssab işləyib. Bildirilir ki, T. Abdurahmanov bu gün səhər saatllarında ailə üzvləri ilə vidalaşarq bıçaq götürərək yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır
***
14.19
Qəbələdə meyit tapılıb.
-nin Şirvan bürosu xəbər verir ki, meyit rayonun Aydınqışlaq kəndində, yolun kənarında aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirir.
İlkin məlumata əsasən, meyiti tapılan şəxs 1985-ci il təvəllüdlü Abdurahmanov Tural Zabit oğludur.