“Qəbələ”dən gedən baş məşqçi liqanın lideri ilə müqavilə bağladı

3,5 il “Qəbələ”yə baş məşqçilik edən Roman Qriqorçuk yeni klubla müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, baş məşqçi Qazaxıstanın “Astana” klubu ilə razılığa gəlib.

Tərəflər arasında bu gün rəsmi imzalar atılıb. Ancaq müqavilənin müddəti və detalları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Qriqorçuk 2015-ci ilin yanvarından “Qəbələ”də fəaliyyət göstərirdi.

Share: