“Qəbələnin” yeni prezidenti məlum oldu…

“Qəbələ”nin yeni prezidenti məlum olub.Müstəqil.Az  Modern.az-a istinadla xəbər verir ki, Tale Heydərovun prezident vəzifəsindən istefasından sonra bu posta indiyə kimi vitse-prezident vəzifəsində olan Fariz Nəcəfov gətirilib.

“Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam”.

Bu sözləri “Qəbələ”nin yeni prezidenti Fariz Nəcəfov klubun rəsmi saytına açıqlamasında deyib.

Təyinatı ilə bağlı danışan klub rəhbəri bunları bildirib: “Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”.

Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov bir neçə gün öncə prezident vəzifəsindən istefa verib.

Share: