Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.
Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri – İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.