QƏLƏBƏ ƏZMİNİ SONA QƏDƏR QORUMALIYIQ
Müstəqil.Az prezidentin sabiq köməkçisi Əli Həsənovun facebook sosial şəbəkəsində yayımladığı fikirlərini təqdim edir:
Şanlı Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistana məxsus quldur dəstələrinin cəbhə xəttinə yaxın kəndlərdə dinc əhaliyə qarşı həyata keçirdiyi növbəti təxribata layiqli cavab verdi. Bir günün içərisində Milli Ordumuz düşmənə ciddi əks zərbələr endirərək, onları 26 il müddətində möhkəmləndiyi hərbi-strateji mövqelərdən yüz kilometrlərlə məsafədə geriyə atdı. Ordumuzun qətiyyətli hücumu və şücaəti qarşısında bircə gün belə düruş gətirə bilməyən İşğalçı rejim və Paşinyan hökuməti üç gündür ki, dünyada döymədiyi qapı, yalvarmadığı dövlət başçısı qalmayıb. Bir güün içərisində təcili surətdə Ermənistan parlamentini toplayaraq “Dağlıq Qarabağın muxtariyyət statusunda Azərbaycana qaytarılmasının mümkün olub – olmaması” məsələsini gündəmə gətirib, öz ölkəsinin “Azərbaycanla hər cür danışıqlara hazır olmasını” bəyan etməyə başlayıb…
Görəsən nə baş verib belə, xeyir ola! Dünənə qədər Azərbaycana açıq-aşkar meydan oxuyan, Şuşada milli musiqi alətlərimizin müşaiyyəti ilə milli rəqslərimizi “ermənicə” ifa edən bu “qətiyyətli və qorxmaz rəhbər” birdən-birə necə oldu ki, belə miskin hala düşdü?!
Azərbaycan əsgərinin ayaq səsləri yaxınlaşdıqca Xankəndi və İrəvanın yuxusu aşkar şəkildə ərşə çəkilib. Odur ki, Paşinyan başda olmaqla Ermənistanın bütün ali rəhbərliyi- prezidentindən tutmuş xarici siyasət idarəsinin rəhbərinə, parlament sədrindən, müdafiə nazirindən tutmuş erməni lobbisinə qədər bütün ölkə yetkililəri ellikcə özlərinin ənənəvi “yazıq donu”na bürünərək Amerikadan üzü bəri, Avropa dövlətlərindən tutmuş qonşu Rusiya və İrana qədər kütləvi yalvarışa çıxıblar, Azərbaycan Ordusunun öz doğma torpaqlarını işgaldan azad etmək üçün başlatdığı qətiyyətli hücumu dayandırmaq məqsədilə döyülməsi mümkün olan bütün qapıları döyür, yalvarılması mümkün olan bütün ünvanlara yalvarırlar.
Döyüş bölgəsində üç gündə yaşanan hadisələr bir daha sübut etdi ki, Ermənistan adlanan işğalçı dövlət və ona rəhbərlik edən cinayətkar rejim zordan başqa heç bir dil anlamır, bu quldur xunta rejiminin qonşuların torpaqlarını ələ keçirmək üzərində qurulmuş xain siyasətinə yalnız silahla cavab verimək mümkündür. Daim hiyləgər və məkirli yollarla onun-bunun yurd-yuvasına göz dikən, məqam düşdükcə qonşularına xain tor quran belə yaramaz dövləti və onu idarə edən cinayətkarlar rejimi yalnız zirehli maşınların tırtılları altında əzib-tapdalamaqla ədalətli sülhə məcbur etmək mümkündür.
Rəşadətli Azərbaycan Ordusununun son zəfər yürüşü qarşısında məkirli düşmən bircə gün də duruş gətirə bilmədi. Bir neçə ay bundan əvvəl əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın tatixi taleyinə öz aləmində sanki “konkret nöqtə qoyan”, milli mədəniyyətimizin incisi sayılan Şuşa şəhətində toy-bayram keçirərək millətimizə gözdağı verən, qonşularına qarşı yürütdüyü açıq işğalçılıq siyasəti ilə BMT tribunasından “dünyaya meydan oxuyan” Paşinyan indi neçə gündür ki, quzuya dönərək imdad diləyir. Müzəffər ordumuzun ildırım sürətli zəfər yürüşü özündən müştəbeh bu küçə və tin siyasətçisini “ədalətli sülh axtarışına” məcbur edib. Görünür bu millətlə yalnız onun bildiyi dildə danışılmalıymış, bu ermənilərə yalnız layiq olduqları münasibət sərgilənməliymiş.
İndi qisas məqamıdır! Durmaq və yarı yolda dayanmaq olmaz! Ermənistanın cinayətkar rejim nümayəndələrini və onlara məxsus işğalçı quldur dəstələrini çıxdıqları dəlmə-deşiyə qədər qovmaq, gözyaşı töküb yalvarıncaya qədər, ədalətli şərtlər çərçivəsində sülhə məcbur edilənə qədər təqib etmək lazımdır. Qoy onlar bütün dünyadakı havadarlarını toplayaraq qapımıza minnətə gəlsinlər! Paşinyan rejimi ilə yalnız belə davranmaq olar, başqa cür mümkün deyil! Odur ki, bütün Azərbaycan xalqını, rəşadətli və cəsur əsgərlərimizi Prezident və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, onun qətiyyətinə və dönməz iradəsinə söykənərək, tam qələbə çalana qədər, əzmlə və iradəylə başlanmış döyüşü davam etdirməyə çağırıram!
Yalnız və yalnız irəli!
Yaşasın müzəffər Azərbayvan əsgəri!
Müstəqil.Az