Qələm tutan incə əllər…

Qələm tutan incə əllər…

 

(Yeni kitab təqdimatı)

Bu günlərdə şairlər diyarı olan doğma Cəlilabadla bağlı ilklərdən sayılan bir kitab işıq üzü görmüşdür. Bu kitab əslində meydan araşdırmaları əsasında və eləcə də, “Həməşəra” FB səhifəsinin təxminən 10 illik fəaliyyəti dövründə toplanmış məlumat bazasından ərsəyə gəlmiş bir tanıtım əsəridir.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Qələm tutan incə əllər” (Cəlilabad ədəbi mühitinin xanım yazarları və onların ədəbi yaradıcılıq nümunələri ilə tanışlıq)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Səhifə sayı: 96 səhifə.

Kitab barədə:
Bu kitab Cəlilabad ədəbi mühitinin xanım yazarları və onların ədəbi yaradıcılıq nümunələri ilə tanışlığı təqdim edən bir təqdimat əsəridir.
Əziz oxucuların görüşünə gəlmiş bu kitab mövzusuna görə Cəlilabad rayonu və eləcə də cənub bölgəsində yazılaraq ərsəyə gəlmiş ilk kitab sayılır. Kitab aşağıda qeyd edilən iki fəsil əsasında tərtib edilmişdir:
Birinci fəsil: Azərbaycan və Cəlilabad ədəbi mühitinə bir baxış;
İkinci fəsil: Cəlilabad ədəbi mühitinin xanım yazarları.
Kitabın I fəslində Azərbaycan və Cəlilabad ədəbi mühiti ilə bağlı qısa və maraqlı məlumatlar təqdim edilmiş, II fəsildə isə ədəbi mühitimizin tanınmış nümayəndələrindən: Solmaz Məmmədova, Niğar Həmidli, Şəhla Rəvan, Natəvan Məlikova, Reyhan Kənan, Mətanət Sevdalı, Sevil İsayeva, Ruhiyyə Abaszadə, Zeynəb Alıhüseynqızı, Sevinc Şirvanlı, Hicran Əhmədli, Sevil Gül Nur, Arzu Əyyarqızı, Zeynəb Şirvanlı və Atlaz Rzayi barədə fotoşəkillər əsasında qısa bioqrafik məlumat, həmçinin onların bədii ədəbiyyat sahəsində yaratdıqları nümunələr göstərilmişdir…

Minnətdarlıq və arzular:
Fürsətdən istidafə edib kitabın ərsəyə gəlməsində öz biorafik məlumatlarını ürək xoşluğu ilə təqdim edən bütün əziz və dəyərli xanım yazarlarımıza və eləcə də kitaba kübarlıqla rəy yazmış dəyərlilərimiz:
AYB və AJB-nin üzvü, AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq əziz və dəyərli şəxsiyyət Qafar Cəfərliyə, tanınmış ziyalı və görkəmli pedaqoq Hacı Paşa Rüstəmova, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi hörmətli Cahangir Muradova, ziyalı xanım Cəlilabad MKS-nin direktoru Qenimet xanım İsrafilovaya, həmçinin, kitabın nəşrində əsas maddi dəstək olmuş Cəlilabad Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) direktoru əziz və dəyərli Abbas müəllim Zülfüqarova səmimi təşəkkürümü bildirirəm!
Bu təqdimat kitabının Cəlilabad ədəbi mühitinə faydalı bir xidmət olacağına inanır, ədəbi mühitimizin bütün dəyərli xanım yazarları və qələm tutan incə əllərin sahiblərinə uzun, sağlam və mənalı-məsud həyat, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram!
Məlumat üçün qeyd edim ki, bu mənim indiyədək işıq üzü görmüş sayca 45-ci kitabımdır.

İlqar İsmayılzadə

fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,

“Qızıl Qələm” Media Mükafatı laureatı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
07.04.2025

Share: