Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib.
Müstəqil.Az xəbər verir ki, Qənirə Paşayeva Ağdamın Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə xalq artistini, onun ailə üzvlərini təbrik edib.
Millət vəkili deyib ki, Ağdamın işğaldan azad olunması ilə bağlı bir qrup ağdamlı sənət adamı ilə ötən gün görüşüb. Bu baxımdan korifey sənətkarı evində ziyarət etməyi özünə borc bilib.
“Biz Komitəmizdə müzakirə apardıq və belə bir fikir hasil oldu ki, Ağdamın yaşayan incəsənət, mədəniyyət, ədəbiyyat xadimləri, bu katqeqoriyadan olan nüfuzlu təmsilçilər və istedadlı gənclərin müqayisəli fotolarından və ürək sözlərindən ibarət fotoalbom nəşr olunsun. Düşünürük ki, həmin fotoalbomdakı mətnlərin xarici dillərə çevrilməsini də təşkil edək”, – millət vəkili deyib.
Q.Paşayeva sənətkara uzun ömür, cansağlığı arzulayıb.
Xalq artisti Arif Babayev Komitə sədrini evində salamlamaqdan sad olduğunu deyib, təbrik ücün təşəkkür edib, dövlətimizə, dövlət başçımıza, Ordumuza ən xoş diləklərini çatdırıb. Xalq artisti müqayisəli fotoalbom layihəsini yüksək qiymətləndirib, uğurlar arzulayıb, özünün də layihədə iştirak edəcəyini bildirib.
Müstəqil.Az