Qərb bizə müsəlman olmağın ağr-acıısını yaşatd – Politoloq Əlövsət Əliyev

Qərb bizə müsəlman olmağın ağr-acıısını yaşatd – Politoloq Əlövsət Əliyev

Azərbaycanda müharibə ilə bağlı tarixi bir səhifə bağlanmaq üzrədir.
Təbii ki, həll olunmayan və ya həll olunmalı olan şoxlu işlər qalır və bunlar danışıqlar yolu ilə həll olunacağına əminəm.

Müstəqil.Az bildirir ki, bu sözləri tanınmış hüquqşünas, Miqrantlara hüquqi yardım Mərkəsinin rəhbəri Əlövsət Əliyev mövcud durum haqda VHP-nın funksionerlərinin Votsap qrupunda  münasibətini bildirərkən deyib.

“Müharibə dövründə xeyli şəhid verməklə yanaşı, həm də Qərb bizə müsəlman olmağın ağr-acıısını yaşatdı.
Azərbaycanın ərazi bütövlüyü təxminən 90-95 faiz bərpa olundu. Laçın koridorunun verilməsinə gəldikdə isə bunun əvəzində Naxçıvana Mehri rayonundan dəhliz açılacaq. Bu dəhliz Azərbaycanın Naxçıvan və Türkiyə ilə birləşməsi deməkdir. Bu tarixi hadisədir və müstəsna əhəmiyyətə malikdir. Bu təsəvvürolunmaz geosiyasi və iqtisadi üstünlükdür, bunun nəticələri yaxın illərdə hiss olunacaq.
Prezidentin adını çəkmədiyi məlum 4 rayonun sakinləri yaxın illərdə Rusiya pasportu ilə təmin olunmasa (bunun baş vermə faizi çox aşağıdır) gələcəkdə Azərbaycanda inteqrasiya olunmaq və ya Ermənistana köçməkdən başqa yolları qalmayacaq. İndi iqtisadi baxımdan inkişaf etmiş, nizami orduya malik, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, korrupsiyasız Azərbaycana ehtiyac var və hər kəs bunun uğrunda mübarizə aparmalıdır.”-deyib Əlövsət Əliyev.

Müstəqil.Az

.

Share: