Qərb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına çalışır.
-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ danışıqları ilə bağlı bəyanatında bildirilib.
“Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar.
Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkədə təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz”, – deyə bəyanatda qeyd olunub.