Qərb Kiyevə sursat tədarükü üçün üçüncü ölkələri cəlb etməyi planlaşdırır

Ukraynanın Qərb müttəfiqləri Kiyevi sursatla təmin etmək üçün üçüncü ölkələrin cəlb edilməsi imkanlarını araşdırmaq niyyətindədir.

-nın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Ukraynaya dəstək konfransı başa çatdıqdan sonra deyib.
“Ukraynaya döyüş sursatının tədarükü prioritet məsələdir. Biz ehtiyatlarımızdan maksimum istifadə etmək niyyətindəyik və sursat tədarükü ilə məşğul ola biləcək üçüncü ölkələrin siyahısını hazırlayacağıq”, – Makron mətbuat konfransında deyib.

Share: