Çində koronavirusa yoluxma hallarının növbəti artımı xarici iş adamlarının öz müəssisələrini başqa ölkələrə köçürməsinə səbəb olacaq. Belə ki, artıq bəzi fabriklər işçi çatışmazlığı və istehsal qrafikinin pozulması ilə üzləşib.
Ölkədə pandemiyanın yenidən baş qaldırması, xüsusən də ABŞ-nin “Apple” şirkətinin məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin işini təhlükə altına qoyub. Çjençjouda karantin tədbirlərinin tətbiqi ilə əlaqədar bu il “iPhone 14” seriyalı smartfonların istehsalı 16 milyon ədəd azaldıla bilər. Hazırda bu smartfonların təxminən 7-8%-i Hindistanda yığılır.
Analitiklərin fikrincə, Çində COVID səbəbiylə paylama, logistika və nəqliyyat zəncirləri də pozulub ki, bu da texnologiya məhsullarının istehsalına və onların qlobal bazarlarda satışına ciddi təsir edir.
Mənbə: TASS