Qərb universitetindəki özbaşınalıq və qanunsuzluqla bağlı şikayəti SƏBAİL məhkəməsi təmin etmədi.Respublika məhkəməsinə müraciət edildi…

Qərb Universitetindəki Allahsızlıqla bağlı şikayəti Səbail Məhkəməsi təmin etmədi.
Müstəqil.Az bildirir ki,Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin bir qrup keçmiş müəllimi bu universitetdəki qanunsuzluq və özbaşınalıqlarla bağlı məhkəməyə müraciət ediblər.
Belə ki, uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilməyən müəllimlər bu qanunsuzluqlarla bağlı Səbail Məhkəməsinə üz tutublar. Etibarlı mənbənin verdiyi məlumata görə, müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər.
ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə Məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlayıb.
Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb.
Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib.
Müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər.

 

Share: