Qəriblik kölgəsi -Səadət Qərib yazdı

Qəriblik kölgəsi -Səadət Qərib yazdı

Esse

Bir qəriblik kölgəsi var mənlə gizlənpaç oynayan,
bəzən gözlərimi güldürən,bəzən ağladan,
bəzən doğmalaşa-doğmalaşa yadlaşan,
ürəyimdə olan o min duyğu, o min hissimdə…

Ümidlərim də uzaqlaşır, bəzən hətta o qədər uzaq olur ki, nə əlim çatır onlara, nə də ixtiyarım…

Sanki bir qırmızı xətt çəkilib ürəyimin sərhədinə,arzular yaxın gələ bilmir, gəlsə belə o xətti daha keçə bilmir…
Eh, daha arzu hara, mən hara…

Könül aləmimin, yollarını, cığırlarını ot-alaq basıb.
Bir qadın gileyi vulkantək püskürsə də sinəmdə,qayğılar səpələnib yenidən mənliyimə ,qəriblik kölgəsində…

 

Share: