Qətlə yetirilən gəncin məhkəmə işində hakimlərin müəmmalı qərarı

Qətlə yetirilən gəncin məhkəmə işində hakimlərin müəmmalı qərarı

Müstəqil.Az-ın ünvanına   Gəncə Apellyasiya məhkəməsinə  Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə      məhkum olunmuş Məmmədov Kamran Ələddin oğlunun  işi üzrə zərər çəkmişin nümayəndəsi, müdafiəçi Mustafayev Məhərrəm İsa oğlunun  etdiyi  apellyasiya şikayətin  daxil olması haqda yazmışdıq. .

Onu da yazmışdıq ki, müdafiəçinin  Apellyasiya şikayətində  Gəncə Ağır Cinayətlər məhkəməsində müdafiə etdiyi zərərçəkmiş haqda haqsızlıq olduğu qeyd edir və  işə yenidən baxılması xahiş olunurdu.

Mövzunu gündəmdə saxlayacağımızı və yenidən qayıdacağımıza da söz vermişdik. Onu da qeyd etmişdik ki, qarşı tərəfin də söz haqqını tanıyırıq.

Müdafiəçi Məhərrəm Mustafayevin şikayət ərizəsini yayınladıqdan sonra, bəhs olunan cinayət işinə idiyyatı üzrə prokurorluqda baxılıb və prakuror işin yenidən baxılması üçün protest verib, bu haqda Müstəqil.Az-a zərəçəkmişə yaxınları tərəfindən məlumat verilib.

Xatırladaq ki,  Müdafiəçinin Gəncə Apellyasiya məhkəməsinə  etdiyi şikayət ərizəsində Məmmədov Kamran Ələddin oğlunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  üzrə istintaqın  tamamlanaraq    işə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilməsindən, lakin məhkəmədə işə baxılarkən qanun pozuntusuna yol verdiyindən bəhs olunurdu.

Şikayət ərizəsində deyilirdi ki, məhkəmədə K. Məmmədovun əməli heç bir əsası olmadan CM-nin 120.1 maddəsindən həmin məcəllənin 126.3  cü maddəsinə tövsif olunaraq cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Müdafiəçi həm də əlavə edirdi ki, həmin iş üzrə həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində zərərçəkmişin nümayəndəsi kimi zərərçəkmişin hüquqi varisi Kənan İsgəndərovla birlikdə bütün məhkəmə iclaslarında iştirak edib, Məhkəmə istintaqı zamanı da ibtidai istintaqın K.Məmmədovun əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə məhkəmədə araşdırılmış sübutlarla tam təsdiq olunduğundan, 24.08.2020-ci il tarixdə məhkəmə çıxışlarından və təsirləndirilən şəxsin son sözündən sonra müşavirə otağına gedən məhkəmə Məmmədov Kamran Ələddin oğlunun CM-nin 120.1-ci maddəsi ilə təqsirinin tam sübuta yetirildiyi qənaətinə gələrək, onun cəzasının ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə hökmü elan etmişlər. Və tərəflərə hökmdən apellyasiya protesti vı apelyasiya şikayətləri vermək hüquqlarını izah edib, bununla da məhkəmə baxışının tamamlanmasını bildiriblər.

Şikayət ərizəsində o da qeyd olunmuşdur ki, zərərçəkmiş tərəf olaraq hökmü əlimizə alarkən hakim Nural Əliyev və digər hakimlər Dadaş İmanov və Məhəmməd Bağırovun  qanunu kobud surətdə pozmasından, onlara bəlli olmayan maraqları ucbatından Kamran Məmmədovun əməlinin CM-nin 120.1 – ci maddəsindən, həmin məcəllənin 126.3-cü maddəsinə tövsif olunaraq, hakimlərin qanunsuz və əsassız hökm çıxarmaqla saxtakarlıq etmələrindən bəhs etmişdir.

Müdafiəçi Məhərrəm Mustafayev kifayət qədər məntiqli ərizəsi ilə Apellyasiya şikayətində göstərir ki, məhkəmənin  guya K.Məmmədov, müdafiəçi tərəfi olduğu   Faiq İsgəndərlini heç də öldürmək istəmədiyi haqda gəldiyi qərar məntiqsizdir və heç də düzgün əsaslandırılmayıb. Məhkəmənin gəldiyi qənaət, guya qətli törədən Kamran Məmmədovun  sadəcə Faiq İsgəndərlini onu qorxutmaq istəməsi olub:  “Əgər onun F. İsgəndərlini öldürmək niyyəti olsaydı ona bıçaqla əlavə zərbələr də endirmiş olardı.”

Məhkəmə CM-nin dəyişdirilməsi qənaətinə bu məntiqlə yanaşıb ki, K. Məmmədov zərərçəkmişin yanında qalaraq Faiqin xəstəxanaya çatdırılması üçün kömək çağırıbmış. Müdafiəçi Məhərrəm Mustafayev şikayət ərizəsində K.Məmmədovun zərərçəkmişi öz avtomaşınana mindirib xəstəxanaya aparmamasına səbəb isə Faiqin ona yetirdiyi ağır xəsarətə görə  yaralını maşına mindirə bilməməsini qeyd etməklə daha gülünc bir məntiq sərgiləyir. “İşin faktiki vəziyyətindən isə görünür ki, k. Məmmədovun aldığı xəsarət ağırlığına görə dərəcəsi təyin olunmayan xəsarət olmuşdur. Məhkəmə belə hesab etmişdir ki, K.Məmmədov F.İsgəndərlini qəsdən vursa da, ölüm hadisəsi ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmə K. Məmmədovun hadisə yerindən qaçmasını, cinayətin izini itirmək üçün F.İsgəndərlini qətlə yetirərkən istifadə etdiyi bıçağı hadisə yerindən xeyli aralıda avtomaşından yolun kənarına atmasına da heç bir hüquqi qiymət verməmişdir. – Apellyasiya şikayətində qeyd olunur.

Müdafiəçinin Apellyasiya şikayətində qeyd olunur ki, Azərbaycan Respublikası CPM-nin 92, 401.1.2, 401.2.3-ü maddələrinin tələblərini rəhbər tutaraq sizdən xahiş edirəm ki, Məmmədov Kamran Ələddin oğlunun CM-nin 126.3-cü maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər məhkəməsinin 24.08.2020 – ci il tarixli hökmünün ləğv edilərək həmin məcəllənin 120.1 – ci maddəsi ilə məhkum olunmasına dair yeni hökm çıxarasınız.

Mövzuya qayıdacağıq

Müstəqil.Az.

Share: