***
Qoyma küyündə dolansın böylə sərgərdan ğərib
Bir nǝzǝr sal olmasun avarəyi canan, ğərib.
Sənlə bu ləl dürr əfşanım olub məşhur dəhr,
Xizrsız olmuş həmişə çeşməy heyvan ğərib.
Eyb sanma nalə etsəm ol gül əndam eşqinə,
Fəsli güldə bülbül eylər nalə o afğan ğərib.
Çini zülfündə ğərib olmuş bu miskin müstəmənd,
Qoyma bundan çox qala gəncinə də viran ğərib.
Qıl tərəhhüm bu ğəribə xanə yox kaşanə yox,
Ey kərəm dəryası lütf et ta görə,ehsan ğərib.
Qul ğərib;yüsif ğərib;bazar hürriyət ğərib,
Hər gecə yüsifsız olmuş külbəy əhzan ğərib.
Çəşm məstindən əgər qanım ola seyli rəvan,
Aqibət bu halılən bir gün tapar saman ğərib.
Hükm ola şəmşir eşqinlən olam min parə gər,
Nə gözəl gündür o gün çonku olar sultan ğərib.
Seyid sanı keçib şirin canından çox çətin,
Kimsə yüxdür suyləsın hardadı sərgərdan ğərib.
***
Tufani ğəmdə yandım cananə Allah Allah,
Dözdüm fişar o dərdə mərdanə Allah Allah.
Səbrə varım iradət çonku odur ibadət,
Verdin mənə ziyafət şahanə Allah Allah.
Cənnət bağı güzündür gül yaprağı üzündür,
Həsrət dağı sözündür bax canə Allah Allah.
Çəkmiş bəla vicudum bu binəva vicudum,
Eylər nəva vicudum ;əfğanə Allah Allah.
Ruhum olub qonağı,çeşmindi rövzə bağı,
Vurmuş bu cismə dağı;rindanə Allah Allah.
Bir bəndəyə əsirəm,göz bağlı dəstgirəm,
Bir sailəm,gözüm var ehsanə Allah Allah.
Gördu dürr dəhanın xizr işdi ab rəhmət,
Oldu müqim cənnət,dürrdanə Allah Allah.
Şah nəcəf sənindir,ziba hədəf sənindir
Rəfrəf səvar çixmiş eyvanə Allah Allah.
Getmə kənarə ey dil,görmə o məh hilalı
Çəkmiş səni görörsən damanə Allah Allah.
Çahı münəvvər etdi soday eşqi Yüsif,
Çəkdin bu eşqi baği; xaqanə, Allah Allah.
Sani, seyid ağlar dayim səni surağlar,
Bir küfrüdür ki gəlmiş imanə, Allah Allah.
***
Bu gözəl eşqidə çox ahılə əfğanım var,
Bır ala gözlü gözəl gurməli cananım var.
Xaki payində yatıb;rütbələnibdir könlüm,
Orda təsxır eliyən aləmi sultanım var.
Mərifət damənini tutmada çatdım hədəfə,
Gur bu sevdadə necə zülfi pərişanım var.
Çox bəlalər çəkirəm yar gurunsun gözümə,
Bu kəşakeşdə görün surəti bicanım var.
Səni ahım tutacaq bir günü ey ğəmzəli can,
Gəlməsən rǝhmə görərsən ki tutan qanım var.
Yorularsan buqədər gəlmə mənimlən cəngə,
Görəcəısənəki mənimdə dəli qalxanım var.
Düşmüşəm çah zənəxdaninə bu yolda əsir,
Gözü yollarda mənim ğüssəli kənanım var.
Ey məni xizr həyatilə edən xizrə qərin,
Ləblərin altda mənim çeşməy heyvanim var.
Seyidsanidi ol zülf səmən buy cəmil,
Mərifət əhli bilər ki dili sozanım var.
***
Məni o küy fərəhzadə məhrəm et nə olar,
Bəsati eşqimi ol yarə həmdəm et nə olar.
Fəqirə mərhəmət eylələr ,eşq adətidir
O hüsn ali bu ləblərdə dərhəm et nə olar.
Kənarbus pəriçehrələrlə mənus et,
O karvanə məni;sər məqdəm et nə olar.
Nə cəbrə vardı təvanım nə ixtiyarə dözüm,
Behişt hürilərin mənlə bahəm et nə olar.
Nədir gülab tökürsən güzndən əşki rəvan,
Apar mənı o gül üstündə şəbnəm et, nə olar.
Deyirlər dərdü bəlayə şəfadı göz yaşınız,
O gözyaşın yaralı qələbə mərhəm et, nə olar.
Nə varsa dərdü qəmindən mənə həvalə edib,
Bu növilən saralan qəlbi xürrəm et, nə olar.
Behiştə Seyid Sanını çəkmədin ,ey gül
Onun qalan gününü day cəhənnəm et, nə olar.
***
Dərd əlindən dərdə gəldim, oldu dərman bixəbər,
Gözyaşım dərmanə döndü oldu canan bixəbər.
Qafə yol tapdım süründüm küynə ənqa kımın,
Var səbəb bu işdə məndən qaldı dərman bixəbər.
Mor tək səbt eylədim allah o vahid kəlməsin,
Gör nə ol ustadımş oldu süleyman bixəbər.
Çahıdən bazari misrə düşdü ol şah vicud,
Bu böyük tarixdən çon oldu kənan bixəbər.
Xət rüyündə giriftar oldu aşıqlər də kim
Gərd xətündən çexib mah dərəxşan bixəbər.
Qaşların əla yazanda qamətin etdi qıyam
Vəhi olub piyğəmbrə ol lǝhzǝ quran bi xəbər.
Qorxuram mojganlarindan tir ola məhşər günü
Yer üzün nagəh ala ol lǝhzǝ tufan bixəbər.
Surətin dəşti xətindir sırətin əql o kamal
Ol kəramət mülkünə yol tapdı insan bixəbər.
Gəldi fərman kəsmə ibrahimə qurbanlıq dayan
Eşq bazarında olmuşdur ki sultan bixəbər.
Seyid Sanı çixanda vərtəy girdabıdən
Bağladı iman yolun ol lǝhzǝ şeytan bixəbər.
Mahmud Seyyid İbadi .
Seyyid Sani
Tərcüməçi -qəzəlxan