Abşeron rayonu ərazisində ağır yol qəzası baş verib.Müstəqil.Az Lent.az-a İSTİNADƏN xəbər verir ki, Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində Heydərov Mirələm Mirheydər oğlunun sürdüyü “Mercedes” markalı avtomobil yolun ortasındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Bəbirov Əli Natiq oğlu isə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.