İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinə endirdiyi zərbə nəticəsində “Al Jazeera” telekanalının operatoru ölüb, müxbiri isə yaralanıb.
xəbər verir ki, jurnalist Vael Daduh və operator Samer Abudaka məktəbdən reportaj hazırlayarkən şəhər İsrailin hücumuna məruz qalıb.
Abudaka öldürülüb, həmkarı Daduh isə yaralanıb.
Bundan əvvəl WAFA xəbər agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunisin bir neçə bölgəsində reydlər keçirdiyini, həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Deyrdə yerləşən məktəblərindən birinin yerləşdiyi əraziyə də zərbələr endirib.