Xəbər verdiyimiz kimi, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bununla da Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Ardınca isə İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyə kimi Qəzzada 5800 fələstinli ölüb, ən azı 2 min insan isə dağıntılar altında qalıb. Hücumlarda isə 29 min evin tamamilə dağıldığı bildirilib.
Qəzzanın müharibədən əvvəlki və sonrakı vəziyyətini təqdim edirik: