Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb.
xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında kəskin susuzluq və qida çatışmazlığından iki uşağın ölümündən sonra aclıqdan ölən fələstinlilərin ümumi sayı 27-yə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalında sığınacaq və xəstəxanalardakı uşaqların 15%-dən çoxunun qida çatışmazlığından əziyyət çəkdiyini bildirib.
ÜST son aylarda Qəzza əhalisinin qidalanma səviyyəsindəki kəskin azalmanın görünməmiş səviyyədə olduğunu da vurğulayıb.