Qabığı özündən də şəfalı meyvənin FAYDALARI

Soyuq aylarda immunitetimizi gücləndirmək üçün bolluca naringi yeyirik. Amma onun qabıqlarının hətta meyvəsindən də faydalı olmasından xəbərsizik.

Müstəqil.Az  ailem.az-a istinadən naringi qabığının möcüzəvi faydaları barədə məlumat verir.

Bronxit

1 stəkan qaynanmış suya iki yemək qaşığı naringi qabığı əlavə edin. Bir saat gözləyin və sonra için. Bunu gündə üç dəfə içərək, bronxiti sürətli və təbii bir şəkildə aradan qaldıracaqsınız.

Öskürək

Qabıqları xırda-xırda bölün və qurudun. 1 stəkan isti suyun içinə 2 yemək qaşığı qurudulmuş qabıq atın. 1 həftə boyu sərin bir yerdə saxlayın. 1 həftənin sonunda qabıqları çıxarın və suyu şüşə balona tökün. Gündə üç dəfə hər yeməkdən qabaq içərək, öskürəyinizi sağalda bilərsiniz.

Burun tıxanıqlığı

Kiçik ağızlı bir balona bir neçə dənə naringi qabığı atın və üzərinə isti su əlavə edin. 10 dəqiqə boyunca buxarını nəfəsinizə çəkin. Nəfəsinizin açıldığını, rahatlaşdığınızı və burun tıxanıqlığınızın aradan qalxdığını görəcəksiniz.

Həzm problemləri

Qurudulmuş və ya çəkilmiş portağal və naringi qabığı istifadə edə bilərsiniz. Hazırlayacağınız tozu, yeməklərinizə və ya şirniyyatlarınıza əlavə edərək mədə ağrılarınızı və həzm problemlərinizi azalda bilərsiniz.

Ayaq göbələyi

Bir həftə boyu gündə iki dəfə olmaqla göbələyin olduğu yerə qabıqları qoymalı və ovmalısınız.

Yüksək təzyiq

Üç litr suya bir stəkan təzə naringi qabığı əlavə edin. Qaynadın və bir saat saxlayın. İki gündən bir bədəninizi bu su ilə yuyun.

Beyin şişi

Aparılan araşdırmalarda naringi qabığında olan tangeretin maddəsinin beyin şişlərinin ən təhlükəlisi olan “Glioblastomada” şişini kiçiltdiyi bildirilir.

Beyin şişləri olan xəstələr üçün qarışım

Beş naringi, bir portağal, bir limonun qabığını bir yerdə çəkin, içinə bir az şəkər töküb hər gün yeyərək, şişin azalmasına kömək edə bilərlər.

Baş ağrısını aparır

Kiçik bir torbaya bir neçə naringi qabığı qoyun. Qabıqlardan gələn ətri 15 dəqiqə nəfəsinizə çəkin. Xəfif baş ağrılarını beləliklə, keçirə bilərsiniz.

Bütün bu faydalarından əlavə:

– Naringi qabığının ağ qismləri yüksək petkin tərkibinə malikdir. Petkin pəhriz lifinin birləşməsi olduğundan xolesterolu azaltmağa yardımçı olur.

– Həzmsizliyi azaldır və immuniteti gücləndirir

– Bağırsaqlarda dost bakteriyaların yaranmasını təmin edir.

– Qabığından gələn antioksidantlar meyvənin suyunu içməkdən 20 qat daha güclüdür.

– Nəm olaraq dəriyə tətbiq olunduqda onu yumşaldır və təmizləyir.

– Toxumaların sağlamlığını qoruyur.

– Qan şəkərini normallaşdırır.

– Sağlam qaraciyərə sahib olmağınızı asanlaşdırır.

– Xərçəngə tutulma riskini azaldır.

– Naringi qabığından hazırlanan çay mütəmadi olaraq içildikdə pis xolesterolu azaldır.

Daxili orqanların sağlamlığını qorumaqda təsirlidir.

Share: