“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılması təklif olunur

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılması təklif olunur

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılması təklif olunur

“Azərbaycan vətəndaşlığı haqqında” qanunu 3-cü maddəsinin 5-ci bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilir. Deməli, belə çıxır ki, başqa hal da nəzərdə tutulub.

xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil: “Bu məsələyə diqqət yetirilməsini xahiş edirəm”

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna bütövlükdə yenidən baxılmalıdır: “Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”.

Share: