Salam ,pəncərədəki qadın.
Yox ,yox ,gözlərini silməyə ,gizləməyə calışma ! Özünü gülümsəməyə də məcbur etmə !
Səni məndən yaxşı kim anlayacaq ki…bilirəm yenə onu gözləyirsən. Neçə dəfə xörəyi qızdırmısan, süfrəni hazırlamısan …hələ də acsan ,gəlsin birlikdə yemək yeyək deyə !
Saat 03:35 -i göstərir pəncərədəki qadın, sən hələ yatmamısan !
Aha ,gözlədiyin budur gəlir nəhayət. ..yenə eyni sifət , eyni bəhanə !
‘ Uşaqlarla oturmuşdum, yeyib icirdik, işim uzandı yorgunluqdan ölürəm ” deyə ləzzətlə gərnəşərək keçirdiyi gecənin hələ də təsiri altında , üzündə sirli ,gizli təbəssüm soyunub arxasın sənə çevirib rahatca yatağa girəcək . Ac ya tox olduğunu belə soruşmayacaq …səhər təmiz dəyişik axtarmaq səndən daha vacib, maraqlıdır onun üçün biləsən !
Qadın həssaslığı ilə onun hardan gəldiyini bilmək, paltarında və bədənindəki qadın qoxusunu ayırd etmək elə də cətin deyil təbii ki sənin üçün !
Hecnə olmamış kimi susacaqsan ,səssicə gedib yerinə uzanacaqsan, göz yaşların balışını isladacaq …içində var gücünlə bagırıb hönkürəcəksən !
” Səhər açılan kimi gedəcəm bu xarabadan, daha dözə bilmirəm,yox mütləq getməliyəm deyəcəksən “.
…Məndən soruşsan getməyinə haqq verərdim əslində pəncərədəki qadın !
Xəyanəti, yalanı qaldırmaq asan deyil ! Amma bagışla, deyə bilməcəm …çünki bir vaxt mən də qapını arxamca beləcə çırpıb getmişdim üzü taleyin küləyinə !
Böyümüş ,sual dolu gözlərlə baxmaqda haqlısan…danışım sənə ! Çoxlarının maraq dolu baxışlarında hazır yem kimi görünəcəksən, çoxları səni əldə etməyə çalışacaq cürbəcür vədlərlə !
Ən yaxşı halda evli birinin məşuqəsi olacaqsan, həm də həyatından keçmiş necəncisi ! Bəlkə də eyni vaxtda ikinci, üçüncü sevgilisi…
Sən də oğru olacaqsan ! Bir qadının səadətinə, sevgisinə, yatagına şərik cıxacaqsan…bir vaxt sənə ediləni sən də təkrar edəcəksən!
Onda anlayacaqsan hər kəs odu öz qabağına çəkdiyini…
Hər dəfə onunla yatağa girəndə keçmiş ərini söyəcəksən səni ellərə ,əllərə möhtac qoyduğu üçün. Hər toxunanda əzilən bədənini ovcuna alıb içində aglayacaqsan !
Özünü inandıracaqsan, müxtəlif bəhanələrlə haqq qazandırıb bəraət verəcəksən ,beləcə ovudacaqsan məşuqə olmagının günahını azaltmaq üçün !
Ehhh…pəncərədəki qadın ! Asan deyil məşuqə olmaq ! Sənə o biri sevgililərindən, macəralarından rahatlıqla danışan birinə qulaq asmaq…deyərdim səni sevməyən ərinlə münasibətsiz olsa da illərlə bir yataqda yatıb bir evdə yaşamaq ,mənən ölmək daha yaxşıdır bəlkə də !
Çünki o ,yataq hekayəsini bitirdikdən sonra çıxıb yuvasına dönəcək. ..sən yenə dörd divar arasında yastıgı öpüb ,yorganı qucaqlayıb divarlarla həmdəm olacaqsan !
Anladınmı, gəlinliklə girib kəfənlə çıxmaq məsələsini deyilmi?
Ağlama ,pəncərədəki carəsiz qadın…səni məndən yaxşı kim anlayacaq ki !!!
Aida Adıgözəl