Kanadada 24 yaşlı qadın sosial şəbəkədə canlı yayımda ikən yol kənarındakı hotelin hovuzunda boğularaq ölüb.
Hadisə Ontarioda baş verib.
Hovuzda üzən qadın canlı yayım açaraq abunəçilərinə necə üzdüyünü göstərmək istəyib. O, əvvəlcə hovuzun dayaz hissəsində dayanıb. Daha sonra kanadalı telefonu hovuzun kənarına qoyaraq suyun dərin olduğu yerə üzüb.
Nəticədə canlı yayımın izləyiciləri faciənin şahidi olublar. Onlar yardım çağırışları eşidiblər, lakin tezliklə səs kəsilib.
Bir müddət sonra isə qadının hovuzdakı meyiti hotel qonaqları tərəfindən tapılıb.
Mənbə: gazeta.ru