Qadını maşının arxasına bağladılar – Rəzalət

Türkiyənin Çankırı əyaləti, Orta rayonu, Yaylakənd bələdiyyəsinin ərazisində niqablı qadının mikro-avtobusun arxasına bağlanaraq aparılması görüntüləri ciddi narazılıqlara səbəb olub.

Müstəqil.az xəbər verir ki, hərəkətdə olan 34 RA 4649 nömrəli avtomobilin arxasına bağlanan qadının görüntüləri mobil telefonla çəkilərək sosial şəbəkədə paylaşılıb.

Qeyri-insani rəftara məruz qalan qadın uzun müddət bağlandığı avtomobillə gəzdirilib.

Qadının və sürücünün kimliyi açıqlanmır, hadisənin səbəbləri barədə məlumat verilmir.

Müstəqil.Az

Share: