Əgər insanlar bir-birinin xoşuna gəlirsə, onda onların arasında intensiv enerji mübadiləsi baş verir. Bu zaman hər iki tərəf ünsiyyətdən zövq alır. İki insanın ünsiyyəti zamanı onların aurası arasında kanallar əmələ gəlir və hansı ki, orada iki tərəfdən də enerji axınları fəaliyyət göstərir. Enerji axınları istənilən rəngə və istənilən formaya malik olur. Ekstrasens qavrama qabiliyyətinə malik olan insanlar onları görə bilər.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, enerji kanalları müvafiq çakralar vasitəsilə ünsiyyət tipindən asılı olaraq tərəflərin aurasını bağlayır.
İnsanlar arasındakı çakralar aşağıdakı kimi sıralanır:
Muladxara (baza çakra) – qohumluq əlaqələri.
Svadxistana (cinsi çakra) – sevgililər, ər-arvad, şən vaxt keçirdiyiniz dostlar, qohum-qardaş.
Manipura (göbək çakra) – qohumlar, iş yoldaşları, müdriyyət, idmançı və rəqabətə daxil olduğun yoldaşlar.
Anaxata (ürək çakra) – emosional təsir obyektləri – sevdiyimiz insanlar. Kişi və qadın münasibətlərinin ahəngdar inkişafı üçün cinsi kanalın və çakranın olması lazımdır.
Vişudxa (boğaz çakra) – həmfikirlər, həmkarları və s.
Acna (alın çakra) – təqlid və pərəstiş qibləgahı, təriqət lideri və s. Təlqinedici kanallar, düşüncələrin təlqin edilməsi. Başqaları ilə telepatik əlaqə.
Saxasrara (tac çakra) – eqreqorami (qeyri-ənənəvi dini hərəkətlər, kollektivlər, dini icmalar, sektalar, futbol klubları azarkeşləri, siyasi ideologiya və s.) ilə əlaqə.
Tərəflər bir-birinə nə qədər bağlı olarsa, kanallar bir o qədər güclü və fəal formalaşır. Yaxın münasibətlərin formalaşmasının gedişatında bütün çakralar kanallarla tədricən birləşir.
Möhkəm və qarşılıqlı münasibətlər məhz bu yolla yaranır, hansılar ki, nə məsafələrə, nə də zamana tabe deyil. Məsələn, harada olursa-olsun və son görüşdən neçə il keçməsindən asılı olmayaraq ana öz uşağını həmişə hiss edir.
Yaxud da uzun illər sonra köhnə tanışla qarşılaşanda insan elə hiss edir ki, onlar sanki dünən ayrılıb. Belə hallar hamıda olur. Bu, kanalların çox uzun müddət qorunub saxlanılması ilə izah olunur. Yəni kanallar təkcə bədəni deyil, həm də ürəkləri bir-birinə bağlayır.
Sağlam münasibətləri parlaq, saf və döyünən kanallar formalaşdırır. Belə münasibətlərdə həm etimad, həm səmimilik, həm də yaxınlıq var, həmçinin şəxsi azadlıq üçün də kifayət qədər yer qalır. Burada bərabərhüquqlu və təhrifsiz enerji mübadiləsi baş verir.
Əgər münasibətlər sağlam deyilsə, biri digər tərəfdən asılıdrısa, onda kanallar ağırlaşır, durğunlaşmağa və ölməyə başlayır. Belə münasibətlər azadlıqdan məhrum edilir, bir-birini qarşılıqlı şəkildə qıcıqlanmağa və qəzəbləndirməyə meyilli olurlar. Əgər tərəflərdən biri digərinə tam nəzarət etmək istəyirsə, kanallar auranı hər tərəfdən əhatə edə bilir.
Münasibətlər tədricən öləndə kanallar nazikləşir və getdikcə zəifləyir. Zaman keçdikcə enerjinin bu kanallar üzrə hərəkəti kəsilir, əlaqə bitir, nəticədə insanlar yad olur. Əgər adamlar ayrılmaqlarına baxmayaraq kanallar qalırsa, onda bu cazibə onları bir-biri ilə çəkməyə davam edir.
Bəzən də elə olur ki, tərəflərdən biri rabitə kanallarını dayandırır və onunla bütün münasibətlərinə son qoyur. Digər tərəf isə ona bağlı olur və hər vəchlə enerji müdafiəsi arasından çıxmağa çalışır ki, münasibətləri bərpa edə bilsin.
Kanalların zorla pozulması prosesində ayrılıq çox ağrılı keçir. Bundan sonra onların bərpası üçün bir neçə ay və ya il tələb olunur. Burada çox şey adamın başqa birinin azad iradəsini qəbul etməyə və uzun müddət ərzində istehsal edilmiş asılılıqdan azad olmağa hazır olmasından asılıdır.
Kanalların əksəriyyəti gündəlik ünsiyyət əsasında qurulur, üsnsiyyət azaldıqca və zaman keçdikcə onlar tamamilə yox olur. Ünsiyyətlər yaxın və sıx olduğu halda kanallar çox uzun müddət saxlanılır, hətta bəzi kanallar ayrılıqdan sonra da qalır. Xüsusilə ən güclü kanallar cinsi və qohumluq əlaqələri olduqda yaranır.
Hər dəfə yeni tərəf müqabili ilə cinsi əlaqə əsnasında insanları cinsi çakralar üzrə bir-birinə uzun illər, hətta ömür boyu bağlayan yeni kanallar yaranır. Bu zaman partnyorların adlarını bilməsinin, bir-birini yaxından tanımasının qətiyyən fərqi yoxdur, çünki cinsi əlaqə zamanı onsuz da kanallar yaranır və çox uzun müddət saxlanılır. Əgər kanal varsa, enerji onun üzərində də dövr edəcək. Enerji ilə hansı keyfiyyətlərin gəldiyini demək çətindir, bu qarşı tərəfin mövcud xüsusiyyətlərindən asılıdır.
Uzun müddət bir yerdə yaşayan insanlarda enerji sahələri (aura) bir-birinə görə uyğunlaşır və bir yerdə fəaliyyət göstərir. İntim münasibətlər sahələrin sinxronlaşdırılmasını tələb edir. Məsələn, tez-tez biz görürük ki, uzun müddət bir yerdə yaşayan insanlar hətta zahirən bir-birinə oxşamağa başlayırlar.
Əgər hər iki fərdin aurasının xarakteristikası bir-birindən çox fərqlənirsə, bu halda onların ünsiyyət saxlaması çətin olacaq. Meydanda ona yad olan enerji axınlarıyla qarşılaşarsa, onda avtomatik olaraq itələmə, qorxu, nifrət kimi reaksiyalar yaranır. Məsələn belə: “Mən ondan iyrənirəm”.
Bir insan kiminləsə ünsiyyət saxlamaq istəmirsə, onda o, başqa adamdan gələn bütün enerji axınlarını və öz enerji sahəsini örtür. Bu halda digərində təəssürat yaranır ki, qarşısındakı onu eşitmir, sanki, o, divarla danışır.
Hər bir insanın onu əhatə edən dünya ilə energetika sahəsində qarşılıqlı fəaliyyətə daxil olmaq və ya olmamaq hüququ var, lakin bu əlaqələrdən tam imtina etmək mümkün deyil. İnsanlar dünyanı “pis” və “yaxşı”ya ayırmağı, yaxşını özünə cəlb etməyi, pisi isə uzaqlaşdırmağı çoxdan öyrənib. Nə etməli, bizim dünyanın xüsusiyyətləri belədir. Amma zaman dəyişir, indi dünya birliyə, birləşməyə, bütün tərəflərin qaynayıb-qarışmasına və bütöv olmağa can atır.
Kainatın bütün titrəyişlərini, qarşılıqlı təsirlərin mənasını müşahidə və hiss edərək onları ayırmadan dərk və qəbul etmək lazımdır. Biz fərdiliyin hüququna və insanların hər birindən qazandığımız müxtəlif təcrübələrə hörmət etməyə borcluyuq. Yada salaq: Mən ətrafımda olan insanların azadlığını qəbul etdiyim qədər azadam. Səhv etmək azadlığı da daxil olmaqla!
Aytən