“Qadınla kişi bir yerdə əylənə bilməz” deyən keçmiş Kəbə imamına verilən cəza məlum oldu

“Qadınla kişi bir yerdə əylənə bilməz” deyən keçmiş Kəbə imamına verilən cəza məlum oldu

Səudiyyə Ərəbistanı Kəbənin aparıcı imamlarından olan Saleh ət-Talibə həbs cəzası verib.

Bir vaxtlar Məscidül-Həramın xətibi olmuş Saleh ət-Talibin azadlığa buraxılması qərarı ləğv olunub.

2018-ci ildə “qadın və kişilərin konsertlərdə birlikdə əylənməsinin dini baxımdan uyğun olmadığını” ifadə edən və həbs olunan keçmiş Kəbə imamı Saleh ət-Talib 10 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Haber Global

Share: