Kişilərlə müqayisədə qadınlar gündəlik olaraq sosial şəbəkədə 16 dəqiqə daha çox zaman keçirirlər.
“-Economics”in xəbərinə görə, bu barədə 53 ölkə ilə bağlı ötən ilə dair aparılan hesabatda qeyd olunub. Hesabatda qeyd olunub ki, internet istifadəçiləri günlərinin 2 saat yarımını sosial şəbəkələrdə keçirirlər. Bu isə ümumi olaraq onlayn olaraq keçirilən zamanın 1/3-dən daha çox zaman deməkdir.
Hesabatda qeyd olunur ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti “TikTok” sosial şəbəkəsində zaman keçiriblər.