Aparılan tibbi araşdırmalar sayəsində bəlli olub ki, meyvə və tərəvəzlərin formaları onların faydalı olduğu insan orqanlarına bənzəyir.
Həmin qidaları təqdim edirik:
Əncir
Kişilərin cinsiyyət orqanına bənzəyir. İçi toxumludur və ağacda cüt şəkildə yetişir. Əncir sperma sayının və aktivliyinin artmasını təmin edir və sonsuzluqla bağlı problemlərdə istifadə olunur.
Zeytun
Qadınların yumurtalıqlarına bənzədilir. Zeytun yumurtalıqların sağlamlığı və funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.
Soğan
Bədənin hüceyrələrinə bənzədilir. Soğan sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zərər görməsinin qarşısını alır.
Paxla
Paxlanın dənələri böyrəklərin quruluşuna çox oxşayır. Paxla böyrəyin funksiyalarını yaxşılaşdırır.
Qoz
Bütünlüklə beyinə bənzəyir. Tərkibində olan Omeqa 3, vitamin və minerallar beynin funksiyalarının yaxşılaşmasında rol oynayır.
Badımcan, avokado, armud
Bu bitkilər ortadan ikiyə bölünəndə qadın bətninə bənzəyir.
Bu qidaların balanslı şəkildə istifadə olunması hormonal balansı yaxşılaşdırır və bətndə zərərli hüceyrələrin, xərçəngin yaranmasına mane olur.
Pomidor
Ortadan ikiyə ayrılan pomidor isə dördkameralı ürəyi xatırladır. Ürək də pomidor kimi qırmızı rəngdədir.
Nar
Dənələri ilə qırmızı qan hüceyrələrinə bənzəyir. Nar ürəyin sağlamlığı üçün önəmli antioksidantdır.
Üzüm
Üzüm dənələri ürəkdəki qan hüceyrələrinə bənzədilir. Zərərli hüceyrələrin dəf edilməsində köməkçi olur. Salxım formasındakı üzüm də ürəyin quruluşuna bənzəyir.
Qreyfurt, portağal, narıngi
Qadının süd vəzilərinə bənzədilir.
Brüssel kələmi və brokolye
Xərçəng hüceyrəsinə bənzədilir. Brüssel kələmi lif, C və A vitamini qaynağıdır. Bunlar xərçəng riskinin azalmasına yardımçı olur. Brokolye də xərçənglə mübarizədə effektiv qidadır.
Kök
Kök dilimi insan gözünə bənzədilir. Elmi araşdırmalar kökün gözlərdəki qan axınını tənzimlədiyini sübut edir.
Şirin kartof
Şirin kartofun görünüşü mədəaltı vəziyə bənzəyir. Bu kartof şəkər xəstələrinin qlisemik indeksini tənzimləyir.(publika)